Bələdiyyə sədri: “Hazırda əsas məqsədimiz....”
“Cari ilin birinci yarısında Nəsimi bələdiyyəsinin əsas fəaliyyəti bələdiyyənin büdcə gəlirlərini artırmaqla sakinlərin qaldırdığı məsələlərin həllinə yönəlib”-bu fikirləri Belediyye.infoya adlıçəkilən bələdiyyənin sədri Əziz Zeynalov bildirib.
Sədr bildirib ki, 2023-cü ilin altı ayi ərzində bələdiyyənin 726.034 manat gəliri, 735.883 manat isə xərci olub.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 1481 manat əmlak vergisindən - 517215 manat, küçə,divar reklamının yerləşdirilməsinə görə 434 manat, mehmanxanalardan 113062 manat, avtodayanacaqlardan rüsum- 31840 manat,digər gəlirlərdən 2000 dotasiyadan 60000 manat daxil olub.
Qeyd edək ki, bələdiyyənin büdcəsinə daxil olmalar Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 268453 manat, DSMF, İcbari Tibbi Sığorta, Sosial sığorta və İşsizlikdən sığorta haqqlarına görə 48832 manat, bələdiyyənin saxlanmasına təsərrüfat mallarının və inventarların alınması üçün 11047 manat, xidmət haqqının odənilməsi üçün 26415 manat, kommunal və komunikasiya üçün 2442 manat, sair xərclərə görə 15352 manat, sosial yardımlar üzrə ödənişlər 41017 manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 18918 manat, abadlıq, quruculuq təmir işlərinə 303402 manat xərclənmişdir.
Sədrin sözlərinə görə, hazırda əsas məqsədimiz bələdiyyənin vergi-uçot sistemində mövcud olan problemləri aradan qaldırmaqla vergi ödəycilərini tam şəkildə vergiyə cəlb etməkdir.
Rəylər
0 Rəy